Bum, İqtisadi Dirçəliş

yüksək iqtisadi fəallıq, optimizm və nisbi işsizlik dövrüdür.
Buk
Buraxılış
OBASTAN VİKİ
Bum
Bum — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Bum kənd inzibati ərazi vahidi tərkibindəki Bum kəndinə qəsəbə statusu verilmiş, Bum kənd inzibati ərazi vahidi Bum qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır. == Tarixi == Toponimik bilgilərə görə türk dillərindəki bum (boom) sözü ilə əlaqələndirilir. Bum sözü əski türk dilində "çaylı dərə, çətin keçilən yer" deməkdir. Kumə dağının ətəyində və çuxurda, iki dağın arasında, Kovdan çayının Bum çayına qarışdığı yerdədir. Mənbələrə görə Altay-türk dillərində bu söz dar dərədə əmələ gəlmiş sıldırım, qayalıq, burun formasında uca qaya, çay ilə dağ arası yer anlamındadır. Necə ki, coğrafi mənası adı ilə eynidir. === Tarixi abidələri === Qəsəbədə IX-XIV əsrlərə aid "Govurqala" memarlıq abidəsi var. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 7 km qərbdə, Qəbələ-Qəmərvan şose yolunun kənarında, Baş Qafqaz silsiləsinin ətəyindədir. Qəsəbədə Bum mineral bulağı və dağlardan axan yağış sel suları ilə qidalanan Bum çayı axır.
Dirçəliş FK
Dirçəliş FK — 2019-cu ildən futbol klubu kimi fəaliyyətə başlamışdır, hal hazırda Azərbaycan Region Liqasında çıxış edən Bakı klubudur. "Dirçəliş" futbol klubu 2019-cu ildən Bakıda fəaliyyətə başlayıb. İlk dönəmlərdə klub mini-futbol həvəskar komanda şəklində fəaliyyət göstərib. Daha sonra komanda liderinin və komandada çıxış edən bir çox şəxsin təşəbbüsü ilə "Dirçəliş" futbol klubunun yaradılması qərarı verilmişdir. Klubun adının "Dirçəliş" olmasının maraqlı tarixçəsi var. Klubun adının "Dirçəliş" qoyulması təklif edildikdən sonra, həqiqətən də gərəksə kluba yeni qoşulan futbolçular, gərəksə də xəyalını yerinə yetirmək istəyən istedadlı futbolçular üçün böyük bir dirçəliş mənbəyidir. Adın önəmini daha da artıran məqamlardan biri də, Azərbaycan Respublikasının tarixən bir neçə çətin dönəmdən keçməsi, amma bu dönəmi geri qoyaraq dirçəlməsi olub. Azərbaycanın əfsanəvi futbolçusu, "Şöhrət" ordenli Anatoli Banişevskinin 75 illik yubileyi, yarışın 25 illiyi, həmçinin Bakı Kəndlər Futbol Federasiyasının (BKFF) 15 illiyi münasibətilə futbol turniri keçirilib. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, AFFA-nın rəhbərliyi və BKFF-nın təşkilatçılığı ilə keçirilən turnirdə Bakı, Sumqayıt və Abşeronun kənd və qəsəbələrinin komandaları iştirak edib. Turnirin yarımfinal mərhələsində "Dirçəliş” və "İCBFA” komandaları qarşılaşıblar.
Bum bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bum mahalı
Bum mahalı — Şəki xanlığının mahallarından biri. == Mahal haqqında qısa bilgi == Sahəsi - Əhalisi - Yaranması — 1747-ci il Mərkəzi — Bum kəndi Sərhədləri — == Mahalın tarixi == Xanlıqlar dövründə Bum mahalı Şəki xanlığının tərkibində olmuşdur.
Bum qalası
Bum qalası — Böyük Qafqazın cənub ətəklərində, Bum kəndi yaxınlığında, Bum və Dəyirman çayları arasında yerləşir. Təbii təsirlər nəticəsində qala əsrlər boyu ciddi dağıntıya məruz qalmışdır. Xüsusilə də Dəyirman və Bum çayları vaxtaşırı olaraq daşaraq abidənin şərq və qərb kənarlarını yuyub dağıtmışdır. Bum qalası quruluş etibarilə düzbucaqlı formadadır. Onun divarlarının ümumi uzunluğu 114, qala divarlarının qalıqlarının hündürlüyü isə təqribən 2 m-dir. Qalanın cənub tərəfində 4, digər tərəflərindən hər birində isə 3 bürc olmaqla, cəmi 13 bürcü olduğu güman edilir. Şimal, şərq və qərb divarları ciddi dağıntıya məruz qaldığından, qalanın həmin istiqamətdə olan bürclərinin forma və ölçülərini müəyyənləşdirmək çətindir. Cənub divarındakı bürclər, xüsusilə də mərkəzi hissədə olan bürc nisbətən az dağıntıya məruz qalmışdır. Düzbucaqlı formada olan bu bürcün salamat qalmış hissədə hündürlüyü 1,8–2 metrdir. Yerüstü əlamətlərdən göründüyü kimi, qalanın digər bürcləri də düzbucaqlı formada olub.
Josef Bum
Jozef Bum (26 sentyabr 1989 və ya 23 sentyabr 1989, Yaunde – 15 aprel 2024) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Zirə" klubunda mərkəz müdafiəçisi mövqeyində çıxış etmiş Kamerunlu peşəkar futbolçu.
Kim Bum
Kim Bum (7 iyul 1989, Seul) — Cənubi Koreyalı aktyor, müğənni və model. O, "Boys over flowers" serialında So Yi-cun rolu ilə tanınmışdır. Kim San-bum 1989-cu il 7 iyulda Cənubi Koreyada anadan olub. Onun ailəsi atasından, anasından və bir kiçik bacısından ibarətdir.
Jozef Bum
Jozef Bum (26 sentyabr 1989 və ya 23 sentyabr 1989, Yaunde – 15 aprel 2024) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Zirə" klubunda mərkəz müdafiəçisi mövqeyində çıxış etmiş Kamerunlu peşəkar futbolçu.
Balkarların dirçəliş günü
Balkarların dirçəliş günü — Kabardino-Balkariyada rəsmi bayram kimi qeyd edilən və hər ilin 28 mart tarixində qeyd olunan bayram. 9 yanvar 1957-ci ildə balkarlar 13 illik sürgün həyatından sonra öz doğma vətənlərinə qayıtmaq hüququ əldə ediblər. Və bu hüququn əldə edildiyi gün 1994-cü ildən etibarən bayram kimi qeyd edilir. == Bayramın yaranma tarixçəsi == Bayram 1957-ci ildə balkarların milli muxtariyyəti olan Kabardino-Balkariya MSSR-nın yenidən bərpa edilməsi tarixində qeyd olunur. Bu tarixdə həm də onlar 14 illik sürgündən sonra öz doğma vətənlərinə qayıtma hüququnu əldə ediblər. Dövlətin bu hadisələrlə bağlı verdiyi qərarlar: 28 aprel 1956-cı il - SSRİ Ali Sovetinin bürosu tərəfindən İkinci Dünya Müharibəsi dövründə sürgün edilmiş Krım tatarları, balkarlar, SSRİ vətəndaşı olan türklər, kürdlər, hemşinlilər və onların ailələrinin üzərində olan məhdudiyyətlərin götürülməsi haqqında göstəriş verilir. 9 yanvar 1957-ci il - SSRİ Ali Sovetinin bürosu tərəfindən Kabardin MSSR-nın Kabardino-Balkariya MSSR-a çevrilməsi haqqında göstəriş verilir. 28 mart 1957-ci il - Kabardino-Balkariya MSSR-nın Kabardino-Balkariya MSSR-a çevrilməsi haqqında Kabardin MSSR-nın Ali Sovetinin qərarı verilib. 25 mart 1994-cü il - 25 mart 1994-cü ildə Kabardino-Balkariya MSSR-nın göstərişi ilə "Balkarların dirçəliş günü" qeyd edilməyə başlayıb. == Qeyd olunması == Adətə görə balkarların dirçəliş günündə Kabardino-Balkariyanın bir çox şəhər və kəndlərində mədəni və idman tədbirləri keçirilir.
Milli Dirçəliş Günü
Milli Dirçəliş Günü — 17 noyabr 1992-ci ildə elan olunmuş rəsmi bayram. 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr — 5 dekabr, 1988-ci il) başladı. Azərbaycan Xalq Cəbhəsinin(1989-1995)qurucusu və lideri Əbülfəz Elçibəyin başçılığı altında Bakıda və bir çox bölgələrdə qurtuluş mitinqləri keçirilmişdir.Azərbaycan Xalq Cəbhəsinin bu hadisələrdə iştirakı,mitinqlərin təşkilatlanmış halı kimi öz əksini tapır. Azərbaycan hökuməti iqtisadi əlaqələri kəsəcəyi haqqında Ermənistana qəti xəbərdarlıq etməlidir. Televiziya birbaşa canlı yayımla verəcək ki, Topxanada nə işlər görülür. Ağdam şəhərində qadağa saatı 24 saata ləğv edilməlidir. Dağlıq Qarabağ Muxtar Vilayətində partiya və sovet orqanları buraxılmalıdır. Orada Azərbaycanın hüquqi, siyasi və iqtisadi normaları bərpa edilməlidir.
Qarabağ Dirçəliş Fondu
Qarabağ Dirçəliş Fondu — Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış qurum. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı əsasında publik şəxs kimi yaradılmışdır. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə bitdi. Nəticədə Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini Ermənistan işğalından azad etdi. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişi kimi yadda qaldı. Erməni qəsbkarları tərəfindən otuz ilə yaxın bir müddət ərzində işğal olunmuş ərazilərimizin maddi və mədəni sərvətləri talan edilmiş və dağıdılmışdır. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən həyata qaytarılması Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biridir. Bu məqsədlə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı əsasında Qarabağ Dirçəliş Fondu publik şəxs yaradılmışdır. “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs kimi yaradılmasının əsas məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirməkdir. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi də əsas məqsədlərdəndir.
Ukraynada milli dirçəliş
Ukrayna milli dirçəlişi — Rusiya və Avstriya-Macarıstan imperiyalarının ərazisində milli-mədəni dirçəliş və Ukrayna millətinin formalaşmasını təmin edən ictimai-siyasi hərəkatdır. Siyasi, sosial, milli azadlıq hərəkatı kimi Ukrayna milli dirçəlişinin mahiyyətinə dair çoxlu müxtəlif nəzəriyyələr və qiymətləndirmələr mövcuddur. Ukrayna milli hərəkatı 18-ci əsrin sonlarında Avropada gedən tarixi proseslərin təsiri altında Rusiya İmperiyası ərazisində kazak zabitləri dairələrində yaranmışdır. Çar avtokratiyasının böyük dövlətçilik siyasəti 19-cu əsrin ortalarında Rusiyada Ukrayna milli hərəkatının güclənməsinə səbəb oldu. XX əsrin əvvəllərində Rusiya, nəhayət öz siyasi səhnəsinə keçdi və bu dövr Ukraynanın mədəni və siyasi hüquqları uğrunda fəal mübarizəsi ilə səciyyələndi. Ukrayna partiyalarının yaranması ilə Rusiyada milli məsələnin həlli siyasi problemlərin həlli ilə bağlıdır: avtokratiyanın aradan qaldırılması , parlamentarizmin qurulması , demokratik azadlıqların təmin edilməsi . Tədqiqatçılar arasında siyasi Ukrayna hərəkatının bir fenomeni kimi ukraynafillikdən ayrılmanın vaxtı və yeri ilə bağlı vahid fikir yoxdur. Onun formalaşmasının əsas hərəkətverici qüvvələri məsələsi də mübahisəlidir. “Rusiyada ukraynaçılıq: MÜASİR dövr" adlı tədqiqatında Vladimir Doroşenko Rusiyada Ukrayna hərəkatının inkişafını üç mərhələyə bölür. Birincisi, Poltava-Xarkov XVIII əsrin sonlarından XIX əsrin 40-cı illərinə qədər davam etdi.
Kürdüstan Dirçəliş Cəmiyyəti
Kürdüstan Dirçəliş Cəmiyyəti (kürd. Komeleyê Jiyanêwê Kurdistan) — 16 avqust 1943-cü ildə Məhabadda qurulan kürd milliyətçi təşkilatı. Təşkilat Azərbaycan böhranında Pəhləvi İran qüvvələrinin regiondan qovulmasından sonra təsis edilmişdir. Kürdüstan Dirçəliş Cəmiyyətinin yaradılmasında "Hiva" təşkilatından kömək istənilmişdir. Odur ki, Kürdüstan Dirçəliş Cəmiyyəti İran Konstitusiyasını pozduğuna görə qeyri-qanuni hesab edilirdi və üzvlük üçün şərtlərdən biri gizli olmalı idi. Təşkilat yalnız kürd əsilli valideynləri olanların üzv olmasına icazə vermişdir. Bir istisna ondan ibarət idi ki, şəxsin anası aysor olduğu halda, onlar da təşkilata üzv ola bilərdilər. Təşkilatın andı Qurana əsaslanırdı. Kürdüstan Dirçəliş Cəmiyyəti 3 il ərzində məxfi və mühüm işlər görmüşdür. Sonradan bu təşkilatın əsasında İran Kürdüstanının Demokratik Partiyası qurulmuşdur.
Boom(Bum) metod
Milli Dirçəliş Hərəkatı Partiyası
Milli Dirçəliş Hərəkatı Partiyası və ya qısaca MDHP — Azərbaycanda rəsmi dövlət qeydiyyatında olaraq aktiv fəaliyyət göstərən milliyyətçi, sağ mərkəzçi müxalif siyasi partiya. Qurucusu və hazırkı sədri istiqlalçı deputat Fərəc Quliyevdir. Milli Dirçəliş Hərəkatı Partiyası rəsmi qeydiyyata alındığı gündən bəri bütün prezident, parlament və bələdiyyə seçkilərində iştirak etmişdir. Partiya Azərbaycan Respublikasının Milli Məclisinin IV və V çağırışlarında 1 deputatla — Fərəc Quliyev ilə təmsil olunmuşdur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Milli Dirçəliş Hərəkatı Partiyasının üzvlərinin 88%-i kişi, 12%-i isə qadın olmuşdur. Milli Dirçəliı Hərəkatı Partiyası 2002-ci ildə formalaşdırılmış təşəbbüs qrupu tərəfindən yaradılıb. 2005-ci il may ayının 7-də keçirilmiş təsis qurultayı ilə Milli Dirçəliş Hərəkatı Partiyası fəaliyyətə başlamışdır. İstiqlalçı deputat Fərəc Quliyev bu qurultayda sədr seçilmişdir. 2011-ci il may ayının 31 — də partiya dövlət qeydiyyatına alınmışdır. 2017-ci il mayın 14-də Partiyanın ikinci qurultayı keçirilib və Fərəc Quliyev yenidən sədr seçilib.
Korner (iqtisadi)
Müdaxilə (iqtisadi)
Risk (iqtisadi)
Risk — dəyər kəsb edən hər hansı bir obyektin, vəsaitin, və s. itirilmə ehtimalıdır. Risk arzuolunmaz bir hadisənin başvermə, yaxud gözlənilən bir hadisənin baş verməməsi ehtimalıdır. Risk neqativ nəticələnə biləcək hər hansı hərəkət, yaxud hərəkətsizliklərdir. Risk hər hansı bir işin, hərəkətin nəticəsinə 100% dəqiqliklə əmin olmadıqda meydana çıxır. Riskin bir sıra xarakterik xüsusiyyətləri var: 1. Qeyri-müəyyənlik: risk, ancaq hadisələrin gedişatının bir neçə istiqamətdə inkişaf etmə ehtimalı olduqda mövcuddur; 2. Zərər: risk, ancaq hadisələrin gedişatının itkiyə (ziyana), yaxud digər neqativ nəticələrə səbəb olma ehtimalı olduqda mövcuddur; 3. Analiz imkanı: risk, ancaq hadisənin "gözləyənlər"i tərəfindən subyektiv rəy formalaşdıqda və gələcək dövr üçün hadisələr keyfiyyət və kəmiyyət üzrə qiymətləndirildikdə mövcuddur; 4. Əhəmiyyətlilik: risk, gözlənilən hadisə əməli (praktik) əhəmiyyətə malik olduqda və ən azı bir subyektin maraqlarına aid olduqda mövcuddur.
İqtisadi agent
İqtisadi agent — müəyyən müddət ərzində başqasının tapşırığı ilə və onun hesabına istehsal, satış, tədarük, topdan satış ticarəri üzrə fəaliyyət göstərən hüquqi və ya fiziki şəxslərdir; onların əqd sənədlərinə imza etmək hüququ olmur; öz xidmətlərinə görə sifarişçidən — müqavilə əsasında — müəyyən məbləğdə haqq alır. Məsələn, alıcılar (istehlakçılar) və satıcılar (istehsalçılar) vahid bazarın qismən tarazlıq modellərində iki ümumi agent növüdür. Makroiqtisadi modellər, xüsusən də açıq şəkildə mikro təməllərə əsaslanan dinamik stoxastik ümumi tarazlıq modelləri, ev təsərrüfatlarının, firmaların və hökumətlərin və ya mərkəzi bankların iqtisadiyyatdakı əsas agent növləri olduğunu göstərir. Bu agentlərin hər biri iqtisadiyyatda bir neçə rol oynaya bilər; evlər, məsələn, modeldə istehlakçı, işçi və seçici rolunu oynaya bilər. Bəzi makroiqtisadi modellər işçilər və alıcılar və ya kommersiya bankları kimi daha çox agent növünü ayırd edir. Agent termini əsas agent agentləri üçün də istifadə olunur; bu halda konkret olaraq direktor adından fəaliyyət göstərməkdə ittiham olunan birinə aiddir. Agent əsaslı bir hesablama iqtisadiyyatında, aidiyyəti agentlər, real insanlar deyil, məkan və zamandakı “qaydalara görə qarşılıqlı fəaliyyət kimi modelləşdirilmiş hesablama obyektləridir”. Qaydalar müəyyən edilmiş stimul və məlumatlara əsaslanan davranış və sosial qarşılıqlı əlaqəni modelləşdirmək üçün hazırlanmışdır. Agent anlayışı, dinamik çox agentlikli iqtisadi sistem kontekstində digər bu cür subyektlərlə qarşılıqlı fəaliyyət göstərən hər hansı bir daimi fərdi, sosial, bioloji və ya fiziki şəxs kimi şərh edilə bilər. Alıcı və satıcılara uzun müddət müvəkkillik etməkdən ibarətdir.
İqtisadi artım
İqtisadi artım (ing. economic growth) — bir ölkənin ölçüləbilən iqtisadi faktorlarının müəyyən müqayisə edilən dövr içində kəmiyyət baxımından dəyişməsidir. Ölkənin ümumdaxili məhsul həcminin artması həm iqtisadi böyümə və həm də iqtisadi inkişaf kimi ələ alınır. Burada iqtisadi artımla birgə əhalinin də artımı nəzərə alınır. Artım ölçülə bilən xüsusiyyətdə olduğu üçün mənfi (azalma, daralma) və ya müsbət (artım) kimi nəticəsi ola bilər. Məsələn, iqtisadiyyatda müxtəlif ölçüləbilən xarakterlər: ÜDM, işlə təminat, ixracda, idxalda artım, əhali artımı və s. Bu ölçülər müəyyən dövrə aid hesablanır və müəyyən bir dövrlə də müqayisə edilir. Buna görə də burda həm riyazi olaraq artım, həm də azalma baş verə bilər. Ancaq həm ÜDM-nin həm də əhali sayının artması eyni zamanda baş verməyə bilər. Və ya əhali artımı daha çox ÜDM isə nisbətən az arta bilər.
İqtisadi artıq
İqtisadi artıq — əsas iqtisadi nəzəriyyədə ümumi rifah və ya Marşall artığı (Alfred Marşalldan sonra) olaraq da bilinən iqtisadi artıq, iki əlaqəli kəmiyyətə işarə edir: İstehlakçı artımı və ya istehlakçılın artıqlığı, istehlakçılar tərəfindən alınan bir pul faydasıdır, çünki bir məhsulu ödəmək istədikləri ən yüksək qiymətdən aşağı bir qiymətə ala bilərlər. İstehsalçının artığı və ya istehsalçıların artığı, istehsalçıların satmaq istədikləri ən aşağı qiymətdən yüksək olan bazar qiymətinə sataraq əldə etdikləri məbləğdir; bu, təqribən mənfəətə bərabərdir (istehsalçılar ümumiyyətlə zərərlə satmaq istəmədiklərindən və hətta zərərsiz qiymətə satmağa biganədirlər). XIX əsrin ortalarında mühəndis Jül Düpüi ilk dəfə iqtisadi artıqlıq konsepsiyasını irəli sürdü, lakin bu konsepsiyanı iqtisadiyyat sahəsində məşhur edən iqtisadçı Alfred Marshall idi. Standart tələb və təklif diaqramında istehlakçı profisiti məhsulun tarazlıq qiymətinin üstündə və tələb əyrisinin altındakı sahədir (tələb və təklif əyriləri xətti olarsa üçbucaqlı). Bu, istehlakçıların bir mal vahidini tarazlıq qiymətindən yüksək bir qiymətə, ikinci vahidi ondan aşağı, lakin müvazinət qiymətinin üstündəki bir qiymətə və s. Almaq istəyən olmasını əks etdirir, amma əslində tarazlıq qiymətini ödəyirlər. Hər vahid alınmışdır. Eynilə, bir tələb-tələb diaqramında istehsalçının artığı tarazlıq qiymətinin altındakı, lakin təklif əyrisinin üstündəki bir sahədir. Bu, istehsalçıların ilk birimi tarazlıq qiymətindən aşağı bir qiymətə, ikinci birimi ondan yüksək, lakin tarazlıq qiymətindən daha aşağı bir qiymətə təmin etmək istəmələrini, ancaq əslində tarazlıq qiymətini alacaqlarını əks etdirir, satdıqları bütün vahidlər üçün. İstehlakçı artığı — istehlakçının ödəməyə hazır olduğu maksimum qiymətlə faktiki olaraq ödədiyi faktiki qiymət arasındakı fərqdir.
İqtisadi coğrafiya
M. V. Lomonosov iqtisadi coğrafiya terminini ilk dəfə olaraq elmə gətirmişdir. XVIII əsrdə Rusiyada coğrafiyanın inkişafında alimlərin xüsusi əməyi olmuşdur. Əldə edilmış məlumatların təhlili, xəritələrin ümumiləşdirilməsi, ərazilərin mənimsənilməsi vacib vəzifə idi. Rus alimi M. V. Lomonosov (1711–1765) "Coğrafiya" sahəsində xüsusi əhəmiyyəti olan işlər görmüşdür. 1739-cu ildə Rusiya Elmlər Akademiyasında yaradılmış "Coğrafiya" departamenti 1745-ci ildə "Rusiya Atlası"nı hazırladı. Lomonosov quberniyalar haqqında məlumat toplamaq və Atlası yenidən nəşr etmək üçün 1758-ci ildə onlara xüsusi sorğu sualları göndərdi. Burada iqtisadi məlumatların da olması, onların təhlillərinin aparılması "iqtisadi coğrafiya" sözünün yaranmasına səbbəb oldu. Bu termini ilk dəfə Lomonosov işlətmışdir. O, həmçının Şimal dəniz yolunun, Şimal Buzlu okeanının, onun iqlimi və buz örtüyü, su axınlarının, atmosferin öyrənilməsi üçün böyük əmək sərf etmışdir. İqtisadi coğrafiynın yaranması Lomonosovun adı iə bağlıdır.
İqtisadi göstəricilər
İqtisadi göstəricilər (indiqatorlar) (Economic indicators) - Ölkədə iqtisadi vəziyyəti əks etdirən və maliyyə və iqtisadi meyilləri təhlil etmək, qiymətləndirmək və proqnozlaşdırmaq üçün istifadə olunan statistik göstəricilər. Məsələn: ÜDM-in artım sürəti, İstehlak qiymətləri indeksi, Tədiyyə balansının saldosu, İşsizlik səviyyəsi və s. Ümumi daxili məhsul (Gross Domestic Product) — bir il ərzində iqtisadiyyatda (ölkə daxilində) istehsal olunan bütün mal və xidmətlərin məcmu bazar qiymətidir. İstehlak qiymətləri indeksi — ümumi qiymət səviyyəsini müəyyən edən əsas ölçüdür. Bu ölçüdən istifadə etməklə inflyasiya dərəcəsini tapmaq mümkündür. İstehlak qiymətləri indeksi alıcıların istehlak səbətinə daxil olan məhsul və xidmətlərin (ərzaq, tibbi xidmətlər, nəqliyyat, sığorta xərcləri, kommunal xərclər və s.) ümumi qiymət səviyyəsinin dəyişməsini göstərir. Tədiyə balansı saldosu — Tədiyyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir. Başqa sözlə, tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Tədiyə balansı ölkə rezidentlərinin müəyyən dövr ərzində qeyri-rezidentlərlə apardığı iqtisadi əməliyyatların məcmusunu əks etdirən statistik hesabat sistemidir.Tədiyyə balansının saldosu isə tədiyyə balansındakı mədaxil və məxaric fərqinə bərabər olur.
İqtisadi hərəkətlilik
İqtisadi icarə
İqtisadi icarə — sahibinə və ya istehsal amilinə bu faktoru istehsala gətirmək üçün lazım olan xərcləri aşan hər hansı bir ödənişdir. Klassik iqtisadiyyatda iqtisadi kira, yer (torpaq) kimi istehsal olunmamış girişlər və təbii fürsətlər (məsələn, patentlər) üzərində rəsmi imtiyaz yaratmaqla formalaşan varlıqlar üçün alınan hər hansı bir ödənişdir (ehtimal olunan dəyər daxil olmaqla) və ya fayda. Neoklasik iqtisadiyyatın əxlaq iqtisadiyyatında iqtisadi kira, əmək gildiyaları və qeyri-rəsmi korrupsiya kimi əmək və ya digər "uydurulmuş" şəxslərin (bazarın təbiidir və dövlət və sosial güzəştlər tərəfindən meydana gəlmədiyi fərz olunur) dövlət faydalananlarının qazandığı gəlirləri əhatə edir. İqtisadiyyat ənənəsinin əxlaq iqtisadiyyatında geniş şəkildə iqtisadi renta istehsalçının artığına və ya normal mənfəətə qarşı çıxır və bunların hər ikisi də məhsuldar insan fəaliyyətini əhatə edəcək şəkildə nəzəriyyə olunur. İqtisadi renta, fürsət qiymətinin vacib bir komponent olduğu iqtisadi mənfəətdən fərqli olaraq fürsət maliyyətindən də müstəqildir. İqtisadi renta qazanılmamış gəlir kimi qəbul edilir , iqtisadi mənfəət isə riskə görə tənzimlənən alternativlər arasından seçim edərək qazanılan gəlirləri izah edən daha dar bir müddətdir. İqtisadi mənfəətdən fərqli olaraq iqtisadi renta rəqabət yolu ilə nəzəri cəhətdən aradan qaldırıla bilməz, çünki gəlir alanın icarəyə götürülən obyektin yaxşılaşdırılması kimi edə biləcəyi hər hansı bir hərəkət daha sonra ümumi gəliri müqavilə icarəsinə çevirəcəkdir. Hələ də ümumi gəlir iqtisadi qazancdan (qazanılan) və iqtisadi icarədən (qazanılmamış) ibarətdir. İstehsal olunmuş məhsul üçün iqtisadi icarə patentin qanuni mülkiyyətinə (bir prosesin və ya tərkib hissəsinin istifadəsi üçün siyasi olaraq tətbiq olunan hüquqa) görə ola bilər. Təhsil və peşə lisenziyalaşdırması üçün bilik, performans və etik standartlar, eləcə də icazə və lisenziyaların dəyəri, yalnız qiymətə rəqabət etmək istəyənlərin səriştəsindən və istəklərindən asılı olmayaraq, onların sayına görə kollektiv olaraq nəzarət olunur.